525.Az

İtaliyada koronavirusa görə məktəb və universitetlər bağlanıb


 

İtaliyada koronavirusa görə məktəb və universitetlər bağlanıb<b style="color:red"></b>

İtaliyada koronavirusa görə ölkədə fəaliyyət göstərən bütün məktəb və universitetlərin bağlanmasına dair qərar verilib.

APA-nın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda bildirilib ki, məktəb və universitetlər mart ayının ortasına kimi bağlı qalacaq.

Qeyd edək ki, İtaliyada koronovirusdan ölənlərin sayı 79-a, yoluxanların sayı isə 2502-yə çatıb.

 

 





04.03.2020    çap et  çap et