525.Az

Koronavirusla bağlı Təhsil Nazirliyindəki qərargaha 98 müraciət daxil olub


 

Koronavirusla bağlı Təhsil Nazirliyindəki qərargaha 98 müraciət daxil olub<b style="color:red"></b>

Təhsil müəssisələrində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə yaradılan qərargaha müraciətlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyə 29 fevral - 04 mart tarixlərində ümumilikdə 98 müraciət daxil olub. Həmin dövrdə daxil olan müraciətlər əsasən  təhsil ocaqlarında dezinfeksiya edici tədbirlərin intensivləşdirilməsi və təhsil prosesinin dayandırılması haqqındadır.

Qeyd edək ki, 24 fevral 2020-ci ildə respublikanın bütün təhsil müəssisələrinə verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.

 





04.03.2020    çap et  çap et