525.Az

Türkiyə parlamentində deputatlar əlbəyaxa olublar


 

Türkiyə parlamentində deputatlar əlbəyaxa olublar<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar əlbəyaxa olublar.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı zamanı gərginlik yaşanıb.

Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların etirazından sonra iclasa fasilə verilib.

Fasilə zamanı AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar.

Ankara Prokurorluğu Türkiyə Prezidentini təhqir etdiyi üçün E. Özkoçun barəsində araşdırmaya başlayıb.

 

 





04.03.2020    çap et  çap et