525.Az

Fransa radiosunda Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı veriliş yayımlanıb


 

Fransa radiosunda Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı veriliş yayımlanıb<b style="color:red"></b>

Fransanın “Radio Grand Ciel” (https://radiograndciel.fr/) radiosunda “Azərbaycanda parlament seçkiləri” adlı veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, verilişdə əvvəlcə ölkəmizin coğrafiyası haqqında ətraflı məlumat verilib.

Parlament seçkilərində namizədlərin, xüsusilə qadın namizədlərin, müxalif partiyaların təmsilçilərinin və siyasi partiyaların sayı təqdim edilib.

Parlament seçkilərini izləmək üçün ölkəmizə gəlmiş müşahidə missiyalarının seçkiləri yüksək qiymətləndirdikləri qeyd olunub.
Jurnalist Alən Rumestand Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də torpaqlarımızın işğal edilməsi haqqında məlumat verib. Bildirilib ki, beynəlxalq təşkilatlar tərəfindən erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.

Məqalədə Dağlıq Qarabağdan didərgin salınmış azərbaycanlıların vəziyyətinə toxunulub, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini daha da gücləndirməsinin əhəmiyyətindən söz açılıb.

 





04.03.2020    çap et  çap et