525.Az

Almaniya Səhiyyə Nazirliyi: Koronavirus kütləvi xarakter alıb


 

Almaniya Səhiyyə Nazirliyi: Koronavirus kütləvi xarakter alıb<b style="color:red"></b>

Koronavirus epidemiyası geniş yayılaraq pandemiya səviyyəsində kütləvi xarakter alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın federal səhiyyə naziri Yens Şpahn bildirib.

“Vəziyyət sürətlə dəyişir. Xəstəliyin pik nöqtəsinə çatmadığı aydındır”, - deyən nazir ölkə səhiyyəsinin epidemiyaya qarşı mübarizəyə hazır olduğunu, əlavə olaraq xəstəxanalar üçün qoruyucu geyimlər alınacağını da diqqətə çatdırıb.

Bununla yanaşı, naməlum xəstəliyin yayılması nəticəsində müəyyən təlaşın yarandığı, ərzaq mallarına tələbatın artması ilə bəzi supermarketlərin boşaldığı da qeyd olunub.

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma halları 200-ü ötüb.

 





04.03.2020    çap et  çap et