525.Az

Ermənistanda koronavirus həyəcanı: hakimiyyət mübarizəyə hazır deyil


 

Ermənistanda koronavirus həyəcanı: <b style="color:red">hakimiyyət mübarizəyə hazır deyil</b>

Ermənistanda koronavirusun yayılması xüsusi təşviş doğurur. Bu təşvişin güclü olmasına səbəb isə Paşinyan hakimiyyətinin qabaqlayıcı tədbirlər görə bilməməsidir.

Erməni mətbuatı yazır ki, ölkədəki hazırkı durum hakimiyyətin koronavirusla mübarizəyə tamamilə hazır olmadığını göstərir. Belə ki, apteklərdə lazımi vasitələr, qoruyucu maskalar, gigiyenik vasitələr tapılmır. "Qraparak" nəşri yazır ki, Ermənistan hakimiyyəti koronavirusla bağlı mübarizədə ümumiyyətlə heç nə edə bilmir. Prosesə nəzər salanda görünən budur ki, ölkə böhran vəziyyətinə, önləyici tədbirlər görməyə hazırlıqlı deyil. Ermənistanın adının açıqlanmadığı Səhiyyə Nazirliyinin əməkdaşlarından biri deyib ki, məsələ yalnız maskaların qıtlığında, qripə qarşı vaksinlərdə, ya da İrandan qayıdan vətəndaşların karantinə salınmamasında deyil, onlar hətta operativ qərargah belə yaratmayıblar. Bu problem yalnız səhiyyə sahəsində deyil, eyni zamanda, iqtisadi və müdafiə sferalarında, ilk növbədə isə orduda yaşanır. Aydındır ki, hərbi qulluqçuların ziyarət olunmasına qadağa qoyulub, lakin koronavirus infeksiyası hava və damcı yolu ilə yoluxur, bəs zabit personalının, onlara xidmət edənlərin müdafiəsi üçün hansı işlər görülür? Bəs virus orduya daxil olarsa, nə olacaq? Bütün normal ölkələrdə operativ qərargahlar planlar işləyib-hazırlayırlar".

"Çiçəklənən Ermənistan" partiyasının lideri, Ermənistanın parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan da Paşinyan hakimiyyətinin koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlərdən narazıdır. Onun sözlərinə görə, bir ay əvvəl xəstəxanalara və aptek sahiblərinə lazımi dərman və maska ehtiyatlarının yığılmasını tapşırmaq lazım idi. Viris ötən ilin dekabrından yayılmağa başlayıb. Digər dövlətlər qabaqlayıcı tədbirlərini görüb, amma Ermənistan hakimiyyəti yenə də vəziyyətin ciddiliyini nəzərə almadı. "İndi virus bizə çatıb, ancaq görürsən ki, nə maska var, nə dərmanlar", Tsarukyan vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətdəki səlahiyyətlilər bir vaxta qədər tövsiyələrə qulaq asmayıblar, indi isə özlərinə haqq qazandırmaq üçün bəhanələr axtarırlar.

"Çiçəklənən Ermənistan"ın rəhbəri COVID-19-da şübhəli bilinən insanların Tsakadzora göndərilməsi qərarını da müsbət qarşılamır. Onun sözlərinə görə, bu tədbir turizm biznesinə ciddi zərbə vurdu: "Ora gedin, görərsiniz ki, boşdur. Bu adamlar gələn kimi bütün sifarişlər ləğv edildi. Orada olanlar isə dərhal ərazini tərk edib".

Bu arada Ermənistanda gələn ay keçiriləcək konstitusiya dəyişiklikləri üzrə referendumun da təxirə salınmasına çağırışlar var. Baş nazir Nikol Paşinyan ölkənin saysız-hesabsız problemlərinə göz yumaraq, yalnız özünü düşünür və Konstitusiya Məhkəməsinin heyətini vəzifələrindən uzaqlaşdırmaq üçün referendum oyununa gedir. Ermənistanın sabiq baş naziri Hrant Baqratyan ölkədə planlaşdırılan referendumun vaxtının dəyişdirilməsi tələbi ilə çıxış edib. Sabiq baş nazir bunu koronavirusun ölkədə sürətlə yayılması ilə əlaqələndirib. "Koronavirus Ermənistandadır. İstənilən kütləvi tədbirlərin vaxtını dəyişmək lazımdır. Referendumun vaxtını dərhal dəyişdirmək", - deyə Baqratyan yazıb.

Xatırladaq ki, Ermənistanda 1 mart qırğını ilə bağlı nümayiş də təxirə salındı.

PƏRVANƏ

 





04.03.2020    çap et  çap et