525.Az

Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçirilir


 

Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçirilir <b style="color:red"></b>

Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu işə başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Avropa İttifaqı və Gürcüstan Biznes Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə energetika sahəsində Gürcüstan-Azərbaycan arasında əməkdaşlıq və perspektivləri, həmçinin Azərbaycandakı yeni layihələrin, Azərbaycan və Gürcüstan şirkətlərinin təqdimatları keçirilir.

Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Ekaterine Mikabadze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, BP-nin Gürcüstan üzrə meneceri Ann Devis, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və neft-qaz, bank, investisiya, nəqliyyat və logistika sahələrindən olan digər şəxslər iştirak edirlər.

 

 





05.03.2020    çap et  çap et