525.Az

Məktəblərdə tətilin müddəti ilə bağlı növbəti qərar


 

Məktəblərdə tətilin müddəti ilə bağlı növbəti qərar <b style="color:red"></b>

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tətilin müddətinin uzadılıb-uzadılmasına aydınlıq gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-nın sorğusuna  verilən cavaba görə, təhsil müəssisələrində tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlili və müzakirələrin nəticəsinə uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. İlk tədris günü mart ayının 10-u müəyyən edilib.

 





05.03.2020    çap et  çap et