525.Az

Koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq


 

Koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq<b style="color:red"></b>

"Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev  bildirib. Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq: "Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə olunacaqlar. Ümumiyyətlə, xəstəliyin kliniki əlamətləri kimdəsə aşkarlansa, onlar istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etməlidirlər".

 





05.03.2020    çap et  çap et