525.Az

"Koronavirusun əlaqələrimizə təsirini müəyyən etmək üçün bir qədər gözləməliyik"


 

"Koronavirusun əlaqələrimizə təsirini müəyyən etmək üçün bir qədər gözləməliyik"<b style="color:red"></b>

"Koronavirusun Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələrə təsirlərinin müəyyən edilməsi üçün bir qədər gözləməliyik".

Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Ekaterine Mikabadze deyib.

O bildirib ki, virusun Gürcüstanın turizm gəlirlərinə mənfi təsirləri gözlənilir, lakin regional təsirlərinin hesablanması üçün vaxta ehtiyac var: "Koronavirusun qlobal  iqtisadiyyatda mənfi təsirlərə malik olması artıq aydındır. Amma biz onun Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinə zərərinin müəyyən edilməsi üçün bir qədər gözləməliyik. Əlbəttə, virus iqtisadi əlaqələrdə böyük rol oynayır. Lakin dəyən zərər hesablanmalıdır".

 





05.03.2020    çap et  çap et