525.Az

Baş infeksionist: "Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur"


 

Baş infeksionist: "Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur"<b style="color:red"></b>

"Biz bütün hallarda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə çalışırıq. Amma hələ ki, ÜST-ün nağdsız ödənişlərə bağlı tövsiyəsini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri sırasına daxil etməmişik".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva ÜST-ün koronavirusa yoluxdurma ehtimalı yaratdığına görə pulla deyil, nağdsız şəkildə ödəniş edilməsinə üstünlük verilməsinə dair tövsiyəsinə münasibət bildirərkən deyib. 

O qeyd edib ki, nəinki kağız pullarda, ümumiyyətlə, hansı obyektə daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir: "Biz dəfələrlə demişik ki,  koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və əşyaların üzərindəki canlılığını itirir. Ümumiyyətlə, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra əlləri təmiz yumaq lazımdır".

Məsələyə münasibət bildirən Baş İnfeksionist Cəlal İsayev isə qeyd edib ki, indiyə qədər pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb, bu sıraya mobil telefon və s. də aiddir: "Eyni zamanda pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur".

 





05.03.2020    çap et  çap et