525.Az

İraq XİN: İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib


 

İraq XİN: İŞİD ailəsindən olan 82 uşaq Azərbaycana göndərilib<b style="color:red"></b>

İraqda qalan 82 azərbaycanlı uşaq Azərbaycana göndərilib.

APA-nın xəbərinə görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.

“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycan Respublikasına deportasiya edilib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.

İraq XİN rəsmisi qeyd edib ki, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 828-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın müvafiq İşçi Komissiyası tərəfindən ötən illər ərzində İraq və Suriyada olan azərbaycanlı uşaqlar ölkəyə gətirilib.

 





05.03.2020    çap et  çap et