525.Az

Xəzərin Azərbaycan sektorunda Rusiya gəmisində texniki nasazlıq baş verib


 

Xəzərin Azərbaycan sektorunda Rusiya gəmisində texniki nasazlıq baş verib<b style="color:red"></b>

Xəzər dənizinin Azərbaycan sektorunda Rusiyaya məxsus gəmidə texniki nasazlıq baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.
 
Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.

 





28.11.2013    çap et  çap et