525.Az

İranda koronavirusa görə təhsil müəssisələri bağlanıb


 

İranda koronavirusa görə təhsil müəssisələri bağlanıb<b style="color:red"></b>

İranda koronavirusa görə məktəb və universitetlərdə martın 20-nə kimi tətil elan olunub. 

APA-nın Tehtan bürosunun məlumatına görə, bunu İranın Səhiyyə naziri Səid Nəməki bu gün koronavirusla mübarizə qərargahının verdiyi qərarlar haqqında danışarkən deyib. Onun sözlərinə görə, bundan sonra bütün şəhərlərin giriş-çıxışında koronavirusa yoluxmada şübhəli bilinən şəxslər 14 gün karantinə alınacaq: "Universitetlətə qəbul imtahanları təxirə salınıb. Xəstəliyə yoluxduğunu gizlədən şəxslər cəzalandırılacaq".

Səhiyyə naziri əhalini evlərdən çıxmamağa çağırıb: "Xəstəliyin yayılma sürəti çox və ciddidir".

S.Nəməki vətəndaşları Novruz bayramı tətilində səfərlərdən çəkinməyə çağırıb. Nazir dövlətin özəl sektora yardım edəcəyini vurğulayıb.

 





05.03.2020    çap et  çap et