525.Az

Nazirlikdən hava ilə bağlı xəbərdarlıq


 

Nazirlikdən hava ilə bağlı xəbərdarlıq<b style="color:red"></b> Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, axşam və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Temperatur gecə 7-10, gündüz 11-16 dərəcə olacaq. Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
 
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 3-8 dərəcə isti olacaq. Aran rayonlarında isə gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.
 
Tibbi-metroloji məlumat:
 
Dekabrın 2-də atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal qərb küləyinin cənub- qərb küləyi ilə tez-tez əvəz olunması metohəssas insanlar üçün əlverişsizdir.
 





28.11.2013    çap et  çap et