525.Az

Dünya Bankı Azərbaycana 100 mln. dollar ayırıb


 

Dünya Bankı Azərbaycana  100 mln. dollar ayırıb<b style="color:red"></b>

Dünya Bankının Direktorlar Şurasının ötən gün keçirilən iclasında Azərbaycana məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. ABŞ dollarının ayrılması barədə qərar qəbul olunub.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, layihənin məqsədi hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşdırılmasıdır. Layihə xüsusi olaraq qadınlara, gənclərə, təhsil səviyyəsi aşağı olan insanlara və ölkədəki məcburi köçkünlərə yönəldiləcək.

 





06.03.2020    çap et  çap et