525.Az

SOCAR Belarusa Azərbaycan neftinin ilk partiyasını göndərib


 

SOCAR Belarusa Azərbaycan neftinin ilk partiyasını göndərib<b style="color:red"></b>

SOCAR Türkiyənin Ceyhan limanından Belarusun "Belneftexim" konserninə neftin ilk partiyasını göndərib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, Belarus tərəfi üçün mart ayı üçün nəzərdə tutulan iki neft partiyasından birincisi artıq Ceyhandan yola salınıb: "90 min ton Azərbaycan nefti ilə yüklənmiş tanker artıq Belarus tərəfinə göndərilib".

İ. Əhmədov onu da qeyd edib ki, SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün ikinci tanker (85 min ton həcmində) Gürcüstanın "Supsa" limanından martın 20-də göndəriləcək: "Bu həcmlər bir qədər çox da ola bilər, hər şey imkanlardan və tələbatdan asılıdır".

 





06.03.2020    çap et  çap et