525.Az

"Brent" neftinin qiyməti ilk dəfə 48 dollardan aşağı düşüb


 

"Brent" neftinin qiyməti  ilk dəfə 48 dollardan aşağı düşüb<b style="color:red"></b>

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 14:40-da 5,5% azalaraq 1 barelə görə 47,25 dollar təşkil edib.

Sonuncu dəfə "Brent" markalı neftin qiyməti 48 dollardan aşağı 2017-ci ilin iyul ayında qeydə alınmışdı.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,4% azalaraq 44 dollar olub.

 





06.03.2020    çap et  çap et