525.Az

Azərbaycan millisi Ermənistanla bir qrupda


 

Azərbaycan millisi Ermənistanla bir qrupda<b style="color:red"></b> Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. 

Qol.Az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq. 

Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.
 





28.11.2013    çap et  çap et