525.Az

Nəriman Nərimanovun 150 illik yubileyilə bağlı bülleten hazırlanıb


 

Nəriman Nərimanovun 150 illik yubileyilə bağlı bülleten hazırlanıb<b style="color:red"></b>

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalar və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.

MKS-dən AZƏRTAC-a bildirilib ki, informasiya bülletenində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir" sözləri epiqraf kimi verilib.

Həmçinin, informasiya bülletenində "Nəriman Nərimanovun 150 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni yerləşdirilib.

Eyni zamanda, burada Nəriman Nərimanovun həyatı, yaradıcılığı, ictimai fəaliyyəti barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, Nəriman Nərimanov həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmışdır. Nəriman Nərimanov M.F.Axundzadənin yaratdığı ədəbi məktəbin klassik ənənələrinin qüdrətli davamçısı olub.

İnformasiya bülletenində Nəriman Nərimanovun hikmətli sözləri də yer alır.

Burada Nəriman Nərimanovun heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Bakının Nərimanov prospektində ucaldılmış heykəli, Bakıda və Tbilisidəki ev-muzeyləri haqqında da məlumat verilir.

Bundan əlavə, informasiya bülletenində görkəmli ictimai xadim haqqında çəkilmiş filmlərin siyahısını da görmək mümkündür.

 





06.03.2020    çap et  çap et