525.Az

Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti Suriya ilə sərhəd bölgəsində olub


 

Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti Suriya ilə sərhəd bölgəsində olub<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti Suriya ilə sərhəd bölgəsinə gedib.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazir Hulusi Akar ordu komandanları ilə birlikdə Hatayda yerləşən hərbi hissəyə baş çəkib, İdlib bölgəsindəki anti-terror əməliyyatlarının idarə edildiyi birlikdə bölgədəki son vəziyyətlə tanış olub.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasındakı razılığa əsasən, əldə olunan atəşkəs martın 6-da saat 00.01-də qüvvəyə minib. Hələlik münaqişə bölgəsindəki vəziyyətlə bağlı rəsmi açıqlama yoxdur. Türkiyə və Rusiya Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər. Martın 5-də imzalanan memoranduma görə, Türkiyə tərəfi Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb.

 





06.03.2020    çap et  çap et