525.Az

Azərbaycanda teatr koronavirusa görə tamaşaları dayandırdı


 

Azərbaycanda teatr koronavirusa görə tamaşaları dayandırdı<b style="color:red"></b>

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.

O bildirib ki, qərar 27 mart tarixinədək qüvvədədir.

 





06.03.2020    çap et  çap et