525.Az

Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb


 

Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya bülleteni hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bülletendə “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, yaradıcılıq fəaliyyəti, müəllimləri, onun oynadığı teatr tamaşaları əks olunub. Bundan başqa, Leyla Bədirbəylinin çəkildiyi filmlər haqqında məlumat və filmlərin “YouTube” kanalında yerləşdiyi versiyalarının linkləri göstərilib. Həmçinin Leyla Bədirbəylinin görkəmli şəxsiyyətlər haqqında sözləri və yaradıcı insanların onun haqqında fikirləri də verilib.

 





06.03.2020    çap et  çap et