FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 7 pillə geriləyib.
Yığmamızın yoldaşlıq oyunları çərçivəsində səfərdə Estoniyaya 1:2 hesabı ilə uduzması və Qırğızıstanla 0:0 bərabərə qalması reytinq cədvəlinə də təsirsiz ötüşməyib. Belə ki, aktivində 363 xal olan Berti Foqtsun komandası reytinqdə 88-ci pillədən yuvarlanaraq 95-ci yerdə qərarlaşıb.
Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür.
çap et