525.Az

DSX-nın əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib


 

DSX-nın əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib<b style="color:red"></b>

Bu ilin martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq. Allah şəhidimizə rəhmət eləsin”, - deyə qeyd olunub.

 





07.03.2020    çap et  çap et