525.Az

Azərbaycanda doğum gününü 8 martda qeyd edən qadınların sayı açıqlanıb


 

Azərbaycanda doğum gününü 8 martda qeyd edən qadınların sayı açıqlanıb<b style="color:red"></b>

Hazırda Azərbaycanda martın 8-də doğulmuş 20 681 qadın var.

APA-nın Ədliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 18 yaşına çatmayanların sayı 5 305, gənclərin (14 yaşdan 29 yaşadək) sayı isə 6 966 nəfərdir.

Yaşı 29-dan yuxarı olan qadınların sayı isə 10 267 nəfərdir. Onlardan 6 292 nəfəri 40 yaşdan, 4 080 nəfəri 50 yaşdan, 1 953 nəfəri 60 yaşdan, 714 nəfəri 70 yaşdan, 331 nəfəri 80 yaşdan, 35 nəfəri isə 90 yaşdan yuxarı olanlardır.

Ötən il 8 mart tarixində doğulmuş qadınların sayı isə 169 nəfərdir.

 





07.03.2020    çap et  çap et