525.Az

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb


 

Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisdə termovizor quraşdırılıb<b style="color:red"></b>

"Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb".

Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, Milli Məclisə daxil olan şəxslər termovizor qurğusu vasitəsi ilə hərarəti yoxlanılır.

Deputatların da müvafiq qaydada yoxlanışdan keçəcəyini vurğulayan A. Təvəkküloğlu indiyə qədər Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxsin aşkarlanmadığını da söyləyib.

O qeyd edib ki, eyni zamanda Milli Məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.

 





07.03.2020    çap et  çap et