525.Az

Azərbaycan teleməkanının tanınmış simaları Beşinci Buktreyler Festivalına dəstək olublar


 

Azərbaycan teleməkanının tanınmış simaları Beşinci Buktreyler Festivalına dəstək olublar<b style="color:red"></b>

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstək verdiyi, “Azercell” şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən V Buktreyler Festivalına Azərbaycanın efir məkanının tanınmış simaları dəstək oldular.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan efir məkanının tanınmış simaları V Buktreyler Festivalının promo çarxında çəkilərək hər kəsi festivalda iştiraka səsləyiblər.
Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi aprelin 1-dəkdir. Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.

 





07.03.2020    çap et  çap et