525.Az

ÜST: Koronavirusa görə stiqma və diskriminasiyaya yol verilməməlidir


 

ÜST: Koronavirusa görə stiqma və diskriminasiyaya yol verilməməlidir<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma və diskriminasiyaya yol verilməsi ilə bağlı məlumat yayıb.

"Report" xəbər verir ki, məlumatda deyilir: "Stiqma diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə, dərhal tibbi yardıma müraciət etməkdən çəkindirə, gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər".

"Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və irqi diskriminasiyaya yol verməməliyik", - məlumatda qeyd olunub.

 





07.03.2020    çap et  çap et