525.Az

Azərbaycanlı tələbələr Moskvada “Çar Edib” faciəsini nümayiş etdirəcəklər


 

Azərbaycanlı tələbələr Moskvada “Çar Edib” faciəsini nümayiş etdirəcəklər<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti MDB ölkələrinin “QİTİS-master-klass” adlı üçüncü teatr festivalında Azərbaycanı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, martın 14-dən 19-dək Rusiya Teatr Sənəti İnstitutunda (QİTİS) MDB ölkələrinin “QİTİS-master-klass” adlı üçüncü teatr festivalı keçiriləcək. Festival məkanında MDB ölkələrinin teatr məktəbləri çıxış edəcəklər. Bakıdan olan tələbələr Sofoklun “Çar Edib” faciəsini nümayiş etdirəcəklər. Tamaşa martın 15-də QİTİS-in tədris teatrında göstəriləcək.
Bu festivalın məqsədi MDB ölkələri arasında mədəni əməkdaşlığı möhkəmlətmək və teatr təhsili sahəsində yeni əlaqələr yaratmaqdır. Birgə iş və tamaşaların göstərilməsi nəticəsində tələbələr təmsil etdikləri ölkələrin teatr məktəblərinin xüsusiyyətlərini təqdim edəcək, pedaqoqlar isə gələcək artist və rejissorların yetişdirilməsi üzrə təcrübə və ideya mübadiləsi aparacaqlar.

 





07.03.2020    çap et  çap et