525.Az

Poeziyanın ağrı yaddaşı


 

Poeziyanın ağrı yaddaşı<b style="color:red"></b>

filologiya elmləri doktoru, professor

 

Başıbəlalı XX əsrdə min beş yüz illik Oğuz şeirinin fəlsəfi yükünü, bədii hüsnünü poetik düşüncəmizin arsenalına gətirən istedadlı şairlərimizdən biri  Məmməd Arazdır.

 

O hələ gənc yaşlarından "Araz" təxəllüsünü ona görə qəbul etdi ki, bütün varlığı ilə Azərbaycana qovuşsun, Vətən daşına dönsün, qürbətdə inləyən Vətən dərdini, vətəndaş ömrü şair taleyi kimi yaşasın. Bu dərdi yaşamaq yaşatmaq üçün ulu əcdadların, kamil ustadların - dahi Nizaminin fəlsəfəsindən cövhəri, Füzuli poeziyasından kədəri, Sabir satirasından kəsəri alıb, öz poeziyasının enerjisinə çevirə bildi.

 

Onun poeziyası da daşıdığı adın ulu peyğəmbərin  Məhəmməd  adını  siqləti  qədər  əcəmi  pak möhtəşəmdir. Bu ad - Məmməd Araz adı bu gün ona görə əzəmətlə səslənir ki, o milli poeziyanın qanadlarında səmimiyyət göyərçini kimi oxucuların qəlbinə yaddaşına qonub, əbədiyyət nəğməsinə çevrilə bilib.

 

Ağrıya həssaslıq şair qəlbinin əsas xüsusiyyətidir. Harada Vətən dərdi, xalq kədəri, millət taleyi varsa, harada insanın vətəndaşlıq haqları pozulursa, orada şair qəlbinin yaddaş harayı - ağrı yaddaşı da var.

Bu, poeziyanın bütün tarixi boyu belə olub: Min il bundan əvvəl belə idi, min il bundan sonra da belə olacaq. Əslində çoxəsrlik şeirimizin bədii-fəlsəfi ənənələri elə məhz ağrı yaddaşının harayı üzərində köklənib.

 

Məmməd Araz poeziyasının novatorluğu ənənəyə münasibətin konkretliyində aydınlığında idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyətdə ənənə novatorluq problemindən danışarkən demişdir: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük fərqləndirici xüsusiyyətlərindən biri odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər" (H.Əliyev. Müstəqillik yolu. B., 1997, s. 57).

M.Araz ədəbiyyatımızda, poeziyamızda bu cür yeni yollar açan, öz novatorluğu ilə minillik ədəbiyyatımızı zənginləşdirən görkəmli şairlərimizdən biri idi. Məmməd Araz bir şair kimi Füzuli işığında doğulmuşdur. Onun lirikasındakı fəlsəfi dərinlik öz cövhərini bu nurdan almışdır. Bu işıq Məmməd Arazı öz qanadlarında yüksəklərə qaldırmış Füzuli haləsinə çatdırmışdır. Lakin bu, M.F.Axundzadənin dediyi kimi, Füzuli cazibəsinin təsir orbiti deyil, bir-birinə qarşılıqlı təsir göstərən iki poeziya səyyarəsinin bəzən kəsişən, bəzən ayrılan haləsidir.

Məmməd Araz poeziyasını Füzuli haləsinə yaxınlaşdıran başlıca xüsusiyyətlərdən biri bənzərsiz söz demək, obraz işlətmək bacarığıdır.

 

Dünya işinin mədarı yoxdur,

Heç kimsəyə etibarı yoxdur.

Eylər birisini sahibi-tac,

Bir başqasın eylər ona möhtac

 

- deyir Füzuli. Bu klassikin zaman məkan fövqünə yüksələn fəlsəfi fikrini onun layiqli sənət övladı M.Araz belə bir novator müstəvidə təqdim edir:

Dünya sənin, dünya mənim,

dünya heç kimin...

M.Araz özü şeirlərinin birində Füzulini planetə bənzədir:

 

Bəzən Füzuliyəm -

Bir planetəm.

 

Lakin istər çağdaş poeziyanın başqa nümayəndələri, istərsə Məmməd Araz yaradıcılığı ilə Füzuli irsi arasındakı motiv obraz səsləşmələri, bənzərliyi sələf-xələf münasibətlərinin nisbətən səthi tərəfidir. Əsas məsələ Füzulinin ustadlıq üslubunu mənimsəmək, ondan bəhrələnməkdir. Bu üslub isə sözlərin elə sintaktik kombinasiyalarını tapmaqdır ki, bu zaman bədii sözün ən azı iki məna çaları hazırlıqlı oxucunun nəzərini cəlb etsin. Məsələn, məşhur beytində Füzuli yazır:

 

Can sözdür, əgər bilirsə insan,

Sözdür ki, deyərlər, özgədir can.

 

Bu beytin birinci ikinci misralarında işlənmiş eyni söz -"sözdür" ifadəsi tamamilə başqa-başqa mənalar bildirir. Birinci misrada bu - "mənalı söz", ikinci misrada isə "boş söz" anlamını ifadə edir.

XX əsr şairlərinin gənc ustadı Səməd Vurğun sözü maksimum dərəcədə anlaşıqlı, açıq-aydın, geniş kütlələrin başa düşəcəyi bir dildə verməyə çalışırdı. Əlbəttə, bu da bir ədəbi üslub idi daha çox zamanın tələbi ilə formalaşmışdı. Məsələn, Səməd Vurğun dahiyanə bir sadəliklə:

 

Ölməz sənət, ölməz əsər,

Nizamilər, Füzulilər...

Əlin qələm, sinən dəftər -

De gəlsin hər nəyin vardır,

Deyilən söz yadigardır

 

- deyirdi bu hər kəsə xoş gəlir, hər bir oxucunun ürəyində səmimi bir duyğu oyadırdı oyadır. Lakin burada Füzuli yaradıcılığı ilə təmasdan alınan axtarış va tapıntı sevinci yoxdur; sözün bütün gözəlliyi göz qabağındadır.

Poeziyanın hərəkət trayektoriyası şairin "mən" ilə mənşəyi arasındakı məsafədə baş tutur. Bunu poetik sözün hərəkət üfüqü adlandırmaq olar. Şair yaddaşın bədii-fəlsəsi bioqrafiyasını yaratmaq üçün "mən"dən mənşəyə xitab edir. M.Araz poeziyasında da belədir:

 

Dünənimi döşdən asan deyiləm,

Dünənimə qəbir qazan deyiləm.

Ürəyimsiz kəlmə yazan deyiləm,

qədər ki, öz əlimdir yazanım.

 

Şair "dünən" ciddi rəftara çağırır: onu döşdən asır, ona qəbir qazır. Burada əslində dünənsiz yaşamağın mümkünsüzlüyü poetikləşir: dünən yaddaşa çevrilir. Ümumiyyətlə, yaddaş M.Araz poeziyasının həm bədii-fəlsəfi hədəfi, həm ən tutumlu poetik obrazıdır. Ədəbiyyatı, xüsusilə poeziyanı ağrı yaddaşının bədii ifadəsi kimi oxuyan təhlil edən görkəmli tənqidçi Yaşar Qarayev onun haqqında yazıb: "Millət - genetik səviyyədə, yaddaş-ağrı səviyyəsində dərk olunmuş vəhdətdən bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik tamlıq var, nəsillər əsrlər, ilahi bəşəri dəyərlər sərvətlər arasında əlaqə estafet var...

Əsl, həqiqi, böyük Poeziya isə ümumbəşəri yaddaşdır. Məmməd Arazın şeiri düşüncədə, əxlaqda qeyrətdə belə yaddaşın ifadəsidir.

Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq yaralı sahillərindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü tarixdən təbiətdən, ana dilindən, bayatılardan, folklordan axan bir Araza döndü - Məmməd Araza! Şairin poeziyasına yaddaş tarixdən, cəmiyyətdən öncə təbiətdən gəlir; şəxsiyyətlə təbiətin ülvi vəhdətindən, dramatik izdivacından doğulur:

 

Mən getsəm, dərələr, dağlar qalacaq

Meşələr, çəmənlər, bağlar qalacaq

Ay mənim yaşamaq, yazmaq həvəsim

Tək səni özümlə aparasıyam.

 

M.Araz təbiətlə doğma ana kimi, körpə uşaqsayağı danışmağı bacarır. Onun şair "mən"i lirik qəhrəmanı atasını incitmiş günahkar oğul kimi danışır:

 

Neçə yazdır düşmür yolum,

Yəqin dağlar küsüb məndən,

Gedib öpüm, qurban olum

Yəqin dağlar küsüb məndən.

 

Bu poetik sualın arxasında şairin dağ boyda dağ nisgili dayanır. Bu, əslində bölünmüş Vətən dərdidir, dağlara dağ çəkib yarı bölən sərhədlərin vurduğu yaradan qopan ağrının fəryadıdır. Parçalanmış vətənin çatı şairin ürəyindən keçir.

"Təbiətdən folklordan sonra poeziyanın Məmməd Araz yaddaşında kəsişən qovuşan üçüncü qolu - klassik poetik ənənədir. Bu şeir bir məhz o zaman əlavə mentalitet genetik güc kəsb edir ki, Füzuli, Sabir, Vaqif çeşməsindən həyat dirilik suyu içir".

(Y.Qarayev.)

 

Gəldim baş əyməyə önündə mən ,

Qarşıma gah boran, gah tufan çıxır.

Nədənsə, şairim, adın gələndə

Çox şairin adı yadımdan çıxır.

 

50-ci illərin sonundakı Məmməd Araz poeziyasında müşahidə olunan bu meyil -Füzuliyanə, Füzuliyə layiq orijinal obrazlar, qoşulmalar, çoxqatlı mənalar ifadə etmək meyli get-gedə güclənir M.Araz yaradıcılığının başlıca qayəsinə çevrilir.

Əsərlərində tez-tez Nizami, Xaqani, Nəsimi, Aşıq Ələsgər, Şah İsmayıl başqa şairlərin adlarını çəkən Məmməd Araz Füzuli adını o qədər çox çəkmir, elə bil ki, bu adı işlətməyin məsuliyyətindən, onu ucuzlaşdıracağından qorxur, ona layiq, onun səviyyəsinə yaxınlaşan söz deməyə üstünlük verir:

 

Bu dəyirman: nahaqqı dən, haqqı dən,

Bölən böldü: nahaqqı tən, haqqı tən.

Nahaqqa tən olan yerdə haqq itən,

Tanrım, məni məndən qoru bu yaşda.

 

İstər-istəməz adamın yadına Füzulinin məşhur: "Elmsiz şeir əsassız divar olur" sözləri düşür diqqətlə baxanda yuxarıdakı bəndin məhz elmi şeir olduğunu, elmi fikir üzərində qurulduğunu görürsən.

Məmməd Arazdan bizə min illik Azərbaycan şeirinin bədii-fəlsəfi ənənələri üzərində ucalmış möhtəşəm şair obrazı qaldı! Bəşərin şeir zirvəsində əbədiləşən Füzuli poetik ruhuna ləyaqətli xələf olan Vətən daşına çevrilmiş şair imzası qaldı! Vicdan, namus, ləyaqət, etibar, sədaqət kimi yavaş-yavaş qırmızı kitaba düşməkdə olan ifadə əməlləri özündə yaşadan bir şəxsiyyət qaldı! Məmməd Arazın yaradıcılığına həsr etdiyim bu məqalə "Ağrı yaddaşının harayı" adlanır. Yenə bu fikirdəyəm ki, Xalq şairi Məmməd Arazdan bizə ağrı yaddaşının poetik harayı- onun bənzərsiz poeziyası yadigar qaldı! O, ağrı yaddaşımızın fəryadını ulu babası Tonyukuk Orxon Yenisey abidələrinə yazdığı kimi daşlara yazdı: "Bir qayaya söykənmişəm // Deyirəm kaş... Bax beləcə daşa dönəm // Yavaş-yavaş". Bu misralar bağrı qan olub "Bizdə bu soyuq qanları neylərdin ilahi// Daş qəlbli insanları neylərdin ilahi!" deyə dünyadan köçən dahi Mirzə Ələkbər Sabirdən 50 il sonra yazılıb.

Füzuli, Sabir, Cavid Məmməd Araz! Bu xəttin yekununda bir poetik məskən dayanır- Qəm diyarı! Dahi Nizami demişkən, bu diyarda: "Qəmi alıb canı satırlar". Qitələrinin birində dahi Füzuli "Mənəm ki, qafiləsari - karivani- qəməm. Müsafiri rəhi-səhrayi- möhnətü ələməm"/ deyirdi. Məmməd Araz üçün Sovet rejimi "Səhrayi-möhnətü- ələm" idi.

Demək istəyirəm ki, Məmməd Araz bütün ömrü boyu Azərbaycan xalqının qüruruna kədərinə yiyə durub. Milli şeirimizin - qəm karvanının sarvanı olub.

 

Gülüm bir görüşünə yubansam

Adımı tut, harda dağlar dumansa

Gözünü sıx,

- hansı daşda su yansa

O daş altda Məmməd Araz yaşayır.

 

Məmməd Araz hər şeydən öncə poeziyamızın Vətən daşı idi, bu gün isə biz ondan ədəbiyyatımızın vətəndaşı kimi bəhs edirik.

Məmməd Araz min illik şeirimizin vətəndaşlıq andı idi. Orduya gedən əsgərlərin hər yeni nəsli hərbi and içdiyi kimi, poeziyaya gələn gənclər şairin kitabına əl basıb şairlik andı - "Məmməd Araz andı" içməlidirlər.

Məmməd Arazın böyüklüyü bunda idi ki, o bu fani dünyaya "Azərbaycan dünyasından" baxa bildi. Ona görə bu gün Azərbaycan Məmməd Araz poeziyasında daha uca, daha gözəl daha məğrur görünür. Şair hələ 60- illərdə bunu müdrikcəsinə duyurdu.

 

Vətən nəğmələri olmasa bir an

Könüldə gül açıb, yaz ola bilməz,

Nəğməsi olmayan, şeiri olmayan

Bir xalqın tarixi yazıla bilməz.

 

Məmməd Arazın könlü Vətən həsrəti ilə göynəməyən bir dənə olsun şeiri yoxdur. O, qədim türk yurdu Azərbaycanı təkcə pafos patetika ilə tərənnüm etmir, onu qürurla öyməklə kifayətlənmir. Həm onu incə rübabının zərif tellərindən qopan dərin bir sevgi ilə vəsf edirdi. İstiqbal istiqlal şairləri Mikayıl Müşfiqin, Əhməd Cavadın başıbəlalı "Göygöl" şeirləri sizə yaxşı məlumdur. 1937-ci ildə özləri ilə bərabər onların bu şeirləri mühakimə olunmuşdu... Görün Məmməd Arazın Vətən rəmzi olan "Göygöl" şeirindəki obraz qədər məsumdur.

 

Bir səhər gördüm ki, durulub yatır,

Kəpəzin dibində burulub yatır.

Qovulan ceyran tək yorulub yatır,

Daş atdım, diksinib oyandı Göygöl.

 

Məmməd Araz min illərcə poeziyamızı məşğul edən insan, zaman, cahan, tale kimi bəşəri problemləri XX əsrdə yeni qaydada Azərbaycan şeirinin rüknünə çevirə bildi. Onun "Vəsiyyət", "Məndən ötdü qardaşıma dəydi" şeirləri dünənlə bu gün, əcdadla övlad arasında mənəvi-tarixi dialoqdan yaranıb. Filosof şair Bəxtiyar Vahabzadəyə ünvanlanmış "Məndən ötdü, qardaşıma dəydi" şeiri 1968-ci ildə - 45  il öncə qələmə alınıb.

 

Ey daşlaşan, torpaqlaşan

ulu babam,

Bu günümdən, dünənimə uzaqlaşan

ulu babam!

Ayağa dur!

Dəfn etdiyin məsələni başdaşına

Bir təəssüf xatirəsi yazıb, yondur,

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə,

Vətən, Vətən, sənə dəydi.

 

Bu adi şeir deyil. Şeirlə yazılmış tarix kitabı, poetik-fəlsəfi ruhu hələ neçə-neçə nəsillərə örnək olacaq Vətənnamədir. Şair onu gələcək nəsillərə ərməğan edib. Ona görə şeir bu gün olduqca müasirdir.

Şübhəsiz ki, Məmməd Araz şeirinin poetik-fəlsəfi uvertürası "Dünya sənin, dünya mənim" epopeyasıdır. Bəli, məhz epopeyası! Bu şeirdə böyük bir epopeya siqləti var. Dünya ilə döyüşən, böyük hürufi şair İmadəddin Nəsiminin "Dünya duracaq yer deyil ey dil, səfər eylə"misrası həmin epopeyanın epiqrafı ola bilər. Poetik ləngərə fəlsəfi sanbala diqqət yetirin.

 

Bir taleyin oyununda

cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da

qoşa düşmərik.

Bir zərrənin işığına

milyonlar şərik

Dünya sənin, dünya mənim,

dünya heç kimin.

 

Hər kəsin heç kimin olmayan dünyanın şairi idi Məmməd Araz. Fəqət bununla belə o, Allahın ona bəxş etdiyi istedad şəxsiyyətinin gücü ilə heç kimin heç kəsin olmamış ədəbi əbədi bir dünya yaratdı, öz günəşi, ayı, ulduzları- obrazları olan Məmməd Araz dünyası. Adətən böyük kəşflər etmiş alimlərin, dahi sənətkarların adını göydəki ulduzlara verirlər. Məmməd Araz özü bir kahkəşan idi, çünki o, ulduzları yerə endirmiş bir poeziya çələngi hörmüşdü. Onun SÖZ-ü göydən yerə enmiş söz idi. Bu sözdə günəşin işığın, ayın, ulduzun parlaq şəfəqi var idi.

Dahi Heydər Əliyev Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü Məmməd Arazı müasir dövrün istiqlal şairləri kimi çox yüksək qiymətləndirirdi. Hələ XX əsrin 60- illərindən onlar Azərbaycanın milli istiqlalın hazırlamış, sovet zindanlarında Vətən eşqinin ağrısını yaşamışdılar. Məmməd Arazın şeirlərində milli qürurla yanaşı bir ittihamçılıq ruhu da var. O, poeziyanı təkcə gözəlliyi vəsf, tərənnüm vasitəsi deyil, həm tarixi, zamanın, "Bəşərin ən böyük ittiham kürsüsü" hesab edirdi. Dünyada gördüklərindən yazmaq şair üçün böyük hünər deyil, dünyanı istədiyi kimi yaratmaqdır şair hünəri. Məmməd Araz bax bu hünərin sahibi, cəsarətdən yoğrulmuş şair idi.

Böyük tənqidçi V.Belinski yazırdı. "Şair sözü yüksək müqəddəs bir sözdür. Bu sözdə ölməyən əbədi bir şöhrət vardır". Məmməd Araz şair sözünü, şeir kəlməsini uca tutan, onu yerlərdə sürünməyə qoymayan sənətkar idi. O, ulu babası dahi Füzulidən öyrənmişdi ki, "şeir yazanın adı şeir vasitəsi ilə aləm səhifəsində əbədi olaraq qalır". Məmməd Araz hələ sağlığında öz bənzərsiz poeziyası ilə adını Aləm səhifəsinə əbədi olaraq həkk etmiş böyük sənət fədaisi idi. O, ömrünün sonunadək şəxsiyyətinə sadiq qaldı. Dünya malından ötrü heç kimə əyilmədi, özü ilə bərabər məğrur poeziyasını da əyilməyə qoymadı. Bir şeirində Məmməd Araz poeziyanı "Bənövşə nisgili " adlandırırdı.

 

Poeziya, poeziya!

Ürəyin yarpaq dilisən,

Bənövşə nisgilisən

Bəşərin ən böyük

ittiham kürsüsü,

Ən incə gözəllik güzgüsü.

 

M.Araz poeziyası zamanın özü kimi qat-qat, varaq-varaq açılır, yeni mənalar xəzinəsinə çevrilir. Bu poeziya öz can cövhərini, nurlu mayasını şərik olduğu bir zərrədən alır. Zaman bizi cismən M.Arazdan uzaqlaşdırdıqca həmin zərrə atom kimi parçalanır, tarixdə ağrı yaddaşına yol açır. Bu cəhətdən Məmməd Araz yolu əbədiyyət yoludur.

 

 





28.11.2013    çap et  çap et