525.Az

Mirhəsən Seyidov şəhid analarını ziyarət edib


 

Mirhəsən Seyidov şəhid analarını ziyarət edib<b style="color:red"></b>

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, eləcə də icra aparatı işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri şəhid analarının ziyarətində olub, bayramlarını təbrik ediblər.

İcra nümayəndəliyi adından Neftçala rayon ərazisində məskunlaşmış 83 şəhid ailəsi ziyarət olunub.

Şəhid ailələri ilə görüş zamanı sakinlərlə fərdi söhbət aparılaraq onları narahat edən məsələlər dinlənilib. aidiyyəti üzrə problemin həllinə dair göstərişlər verilib və araşdırılması üçün qeydlər aparılıb.

 





08.03.2020    çap et  çap et