525.Az

Həbsdə olan sabiq baş həkim Ali Məhkəməyə müraciət edib


 

Həbsdə olan sabiq baş həkim Ali Məhkəməyə müraciət edib<b style="color:red"></b>

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.

T. Kosayev şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə T.Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib.

 





09.03.2020    çap et  çap et