525.Az

Mirdaməd Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib


 

Mirdaməd Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Mirdaməd Sadıqov 2013-cü ildə İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. 2020-ci il martın 5-də bu vəzifədən azad edilib.

 





09.03.2020    çap et  çap et