525.Az

Müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı


 

Müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı<b style="color:red"></b>

"PREZİDENTİN JURNALİSTLƏRLƏ GÖRÜŞÜ AZƏRBAYCANDA MÜSTƏQİL MƏTBUATIN İNKİŞAFINDA YENİ MƏRHƏLƏNİN BAŞLANĞICI SAYILA BİLƏR" 

Ötən həftənin sonu dövlət başçısı İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin  rəhbərləri ilə görüşdü dövlət başçısına "Jurnalistlərin dostu" mükafatı təqdim olundu. Dövlət başçısı görüşdə mətbuatla bağlı bir sıra ciddi önəmli fikirlər səsləndirdi. Prezident İlham Əliyev görüşdə bildirdi ki,  demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuat böyük rol oynayıb. Ölkə başçısı həmçinin onu da qeyd etdi ki, media nümayəndələri sosial problemlərin həllində Azərbaycanın öncül yerlərində dayanır. Bu görüş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək, görüşün medianın inkişafına mühüm təsir edəcəyi bildirilir.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Trendə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin jurnalistlərlə görüşü Azərbaycanda müstəqil mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı sayıla bilər. O, Azərbaycanda dövlət başçılarının jurnalistlərin dostu seçilməsi ənənəsinin olduğunu deyib: "Vaxtilə ulu öndər Heydər Əliyev jurnalistlərin dostu mükafatına layiq görülmüşdü artıq ikinci dəfədir ki, cənab İlham Əliyev bu yüksək mükafata layiq görülür. Bu isə bütövlükdə həm ulu öndər Heydər Əliyevin, həm cənab İlham Əliyevin Azərbaycanda demokratiyanın, mətbuat söz azadlığının inkişafına, jurnalistlərə qayğı göstərmək istəklərinin bu yolda atdıqları addımların nəticəsidir".

Görüş barədə danışan B.Sadıqov belə deyib: "Görüş çox səmimi, mehribanlıq şəraitində keçdi. Azərbaycan Prezidenti jurnalistikanın daxili məsələləri problemləri barədə yüksək bilgi nümayiş etdirməklə danışdı, bütün problemlərə öz münasibətini bildirdi, çıxışçıları səbrlə dinlədi müvafiq tapşırıqlar göstərişlər verdi. Bu görüş öz nəticəsi ilə bir daha sübut etdi ki, Azərbaycan jurnalistləri səhv etməyib. Cənab İlham Əliyev hər addımında həm mətbuatın inkişafı ilə bağlı məsələlərdə, həm jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasında, həm jurnalistləri narahat edən problemlərin həllində operativ şəkildə onların həlli üçün öz iradəsini ortaya qoyur".

Millət vəkili Eldar İbrahimov Prezidentin jurnalistlərin əməyinə çox böyük qiymət verdiyini bildirib. O, dövlət başçısının tapşırığı ilə ölkəmizdə mətbuat sahəsində çox böyük dünyaya nümunə olacaq addımlar atıldığını deyib: "Əgər ölkə rəhbərliyi jurnalistə diqqət qayğı göstərirsə, bu jurnalist üçün qürur şərəf məsələsi olmalıdır. Cənab Prezident media qurumlarının rəhbərləri ilə görüşündə dedi ki, mən dostluqda sadiqəm. Bu o deməkdir ki, dövlət başçısı bundan sonra da mətbuata diqqət qayğı göstərəcək, bundan sonra da mətbuatla dostluq edəcək".

Millət vəkili Ülvi Quliyev Prezidentin jurnalistlərlə keçirdiyi görüşün ölkəmizdə azad mətbuatın inkişafına göstərilən diqqət qayğının göstəricisi olduğunu diqqətə çatdırıb. Görüşdə dəyərli mesajların verildiyini qeyd edən millət vəkili bunları söyləyib: "Dövlət başçısı Azərbaycanda mətbuatın inkişafına daima dəstək verib, kütləvi informasiya vasitələrinin formalaşdırılması istiqamətində böyük addımlar atıb. Cənab Prezidentin bu dəfəki görüşü yaddaqalan oldu. Belə ki, bu görüşdə mətbuatın hazırkı durumu müzakirə olundu, bu sahədəki çatışmazlıqların həlli üçün yerindəcə göstərişlər verildi. Cənab Prezident medianın inkişafı istiqamətində atdığı real addımlarla dəfələrlə sübut edib ki, həqiqətən jurnalistlərin dostudur".

Millət vəkili Jalə Əliyeva görüş barədə belə deyib: "Cənab prezident atdığı hər addımda, mətbuatla bağlı gördüyü hər işdə, imzaladığı hər bir sərəncamda həqiqətən jurnalistin dostu olduğunu bariz şəkildə ortaya qoyur. Bu səbəbdən ölkə başçısının jurnalistlərin dostu seçilməsi təsadüfi deyil. Dövlət başçısının mətbuata olan diqqət qayğısı hər zaman özünü göstərməkdədir. Buna misal olaraq iki il bundan əvvəl ölkə başçısının mətbuatın banisi olan Həsən Bəy Zərdabinin 170 illik  yubileyinin ölkə miqyasında ən yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamını göstərmək olar. Bu, çox böyük bir hadisə idi. Bu sərəncam birinci, sonuncudur. Bir neçə ay bundan qabaq mətbuat işçiləri üçün yüksək standartlara malik olan bina tikilərək onların ixtiyarına verildi həmin gün yeni binanın təməli qoyuldu. Bunlar Azərbaycanda indiyə qədər olmayan bir hadisə idi. Mətbuatın dostu olmaq ənənəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb. Ulu Öndər dəfələrlə bu mükafata layiq görülüb. Ümummilli liderin mətbuatla təmasları, yaxın görüşləri, yeri gələndə etdiyi zarafatlar ya ciddi söhbətləri mətbuat üçün bir nümunə idi. Hazırda isə bu yolu Prezident İlham Əliyev böyük ləyaqətlə davam etdirir. Bizə ölkə başçısını təbrik etmək qalır. Dövlət başçısının mətbuatın dostu seçilməsi ölkəmizdə demokratik dəyərlərə qiymət verildiyinə bir daha sübutdur".

Ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsinin çox önəmli bir hadisə olduğunu deyən millət vəkili Gövhər Baxşəliyeva ölkə başçısının bu mükafata layiq olduğunu bildirib: "Dövlət başçısı mətbuata hərtərəfli qayğı göstərir onun bu istiqamətdə gördüyü işlər bunu açıq şəkildə ortaya qoyur. Ölkə başçısının həyata keçirdiyi işlər arasında mətbuatın xüsusi yeri var. Belə ki, mətbuat işçilərinin şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkəmizdə mühüm işlər görülür. Buna bariz  nümunə mətbuat işçilərinin evlə təmin olunmasıdır. Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat işçiləri evlə təmin olunub. 2015-ci ildə digər jurnalistlər evlə təmin olunacaqlar. Bu, tarixi indiyə qədər heç bir ölkədə olmayan bir hadisədir. Azərbaycan bu istiqamətdə ilkə imza atdı. Bundan əlavə, mətbuat işçilərinin sosial vəziyyəti ölkə başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə işlər davam edir. Bütün bunlar bir daha göstərir ki, ölkə başçısı bu mükafata layiqdir".

Milli Televiziya Radio Şurasının üzvü Sona Vəliyeva ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi onun bazar günü media nümayəndələri ilə görüşü çox gözəl hal hadisə olduğunu bildirib. O bildirib ki, görüşün baş vermə günü rəmzi məna kəsb edir. S.Vəliyeva belə deyib: "Görüş 24 noyabr bazar gününə təsadüf etdiyindən, sanki dost dostu evində qəbul edirdi. Görüş çox məhrəmanə, səmimi keçdi. Bu, hamını sevindirir. Jurnalistlərin Prezident İlham Əliyevi dost seçməyi çox mühüm hadisədir. Mükafat ölkə başçısının ölkə mətbuatına, Kütləvi İnformasiya Vasitələrinə, ölkə mediasına verdiyi qiymətin təzahürü idi. Heç bir ölkədə dövlət rəhbəri media nümayəndələrinə ev vermir. Bundan əlavə, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu xətti ilə mətbuata maddi yardımların ayrılması digər bu kimi hadisələr ölkə rəhbərinin mediaya münasibətini göstərir. Bilirsiniz ki, jurnalistlər üçün növbəti bina da tikilir. Bu, Prezidentimiz tərəfindən evi olmayan dostlarına hədiyyəsidir. İnşallah, bu gözəl addımların davamını da görəcəksiniz".

AQİL

 





28.11.2013    çap et  çap et