525.Az

Sudanın baş nazirinə sui-qəsd


 

Sudanın baş nazirinə sui-qəsd <b style="color:red"></b>

Sudanın baş naziri Abdullla Hamduka qarşı sui-qəsd törədilib.

APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, naməlum şəxslər martın 9-da səhər baş nazirin avtomobil karvanının keçdiyi körpünün altında saxlanmış maşında yerləşdirilmiş əldəqayırma qurğunu işə salıblar.

Məlumatlara görə, partlayış nəticəsində baş nazir zərər çəkməyib. Baş naziri müşayiət edənlər arasında bir nəfər yüngül yaralanıb.

Qeyd edək ki, A. Hamduk 30 il Sudana rəhbərlik etmiş Omar əl-Bəşirin hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmasından bir neçə ay sonra – ötən ilin avqust ayından hökumətin başına keçib.

 





09.03.2020    çap et  çap et