525.Az

121 deputat yerindən 70-ni YAP, 39-nu müstəqillər, 12-ni isə digər partiyalar qazanıb


 

121 deputat yerindən 70-ni YAP, 39-nu müstəqillər, 12-ni isə digər partiyalar qazanıb<b style="color:red"></b>

Milli Məclisə seçkilərdə nəticələri təsdiqlənmiş 121 Seçki Dairəsindən 70-də hakim Yeni Azərbaycan Partiyası (YAP) qələbə qazanıb.

Konstitusiya Məhkəməsinin (KM) 9 fevral seçkilərinin nəticələrini təsdiqləməsindən sonra qələbə qazanan YAP-çıların, 6-cı çağırış Milli Məclisin (MM) üzvü olan "70-lər"in bir daha adları məlum olub. Qeyd edək ki, onların içərisində bir neçə dəfə MM-in və keçmiş Ali Sovetin üzvü olanları da, ikinci və ya ilk dəfə mandat əldə edənləri də var. YAP-çılar arasında liderlik professor Eldar İbrahimovla "Rus İcması"nın rəhbəri Mixail Zabelinə məxsusdur. Onlar 7-ci dəfə mandat qazanıblar və hər ikisi də 1990-cı ildən parlamentdə təmsil olunurlar. İkincilik 6-cı dəfə millət vəkili olan publisist İmamverdi İsmayılovla hüquq elmləri doktoru, Birinci vitse-spiker Ziyafət Əsgərova və Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri, MM sədrinin müavini Vasif Talıbova məxsusdur. Hər üçü də ilk çağırışdan - 1995-97-ci illərdən MM-də təmsil olunurlar. Üçüncülük bu millət vəkillərinə məxsusdur: Tahir Rzayev, Aydın Mirzəzadə, Oqtay Əsədov, Musa Quliyev, Nizami Cəfərov, Əli Hüseynli, Səməd Seyidov, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Bəxtiyar Sadıqov və Elman Məmmədov. Onlar hamısı 5-ci dəfə MM-in üzvü olublar. Eyni zamanda, 2000-2001-ci illərdən, 2-ci çağırışdan MM-in üzvləridirlər. Oqtay Əsədov həm də 3-cü çağırışdan, 2005-ci ildən MM-in sədridir. İkinci dəfə deputat mandatı qazananlar arasında isə Eldəniz Səlimov, Pərvin Kərimzadə, Tahir Mirkişili, Naqif Həmzəyev, Aydın Hüseynov, Elman Nəsirov, Nəsib Məhəməliyev, Ülviyyə Həmzəyeva və digərləri var. İlk dəfə seçilən YAP-çılara gəlincə, həmin parlamentarilər arasında Kamal Cəfərov, Fatma Yıldırım, Cəbi Quliyev, Sadiq Qurbanov, Ceyhun Məmmədov, Aqil Məmmədov, Anar İsgəndərov, Məşhur Məmmədov, Ramil Həsən, Ramin Məmmədov, Müşfiq Məmmədli, Əliabbas Salahzadə, Səbinə Xasayeva, Anar Məmmədov və başqaları var.

Bununla yanaşı, mandat qazanan 121 deputatdan 39-u müstəqil (bitərəf) millət vəkilidir. Həmin müstəqillər arasında yenə əvvəlki çağırışların üzvü olanlar da, yeni - ilk dəfə mandat əldə edənlər də var. Müstəqillər arasında liderlik akademik Ziyad Səmədzadə ilə iş adamı Hacı Madər Musayevə məxsusdur. Hər ikisi də 7-ci dəfə parlamentin üzvü olublar. Z.Səmədzadə 3 dəfə keçmiş sovetlər dövründə, 4 dəfə müstəqillik dönəmində, Hacı Madər isə 1 dəfə sovetlər dövründə, 6 dəfə müstəqillik dönəmində parlamentin üzvü seçilib. Müstəqillər arasında ikincilk Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərova məxsusdur. O, 6-cı dəfə MM-in üzvü olur, yəni birinci çağırışdan - 1995-ci ildən MM-in üzvüdür. Millət vəkillərindən "İstiqlal"çı deputat, sabiq birinci vitse-premyer Vahid Əhmədov, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) prezidenti Səttar Möhbalıyev, Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev və AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevlə iş adamı Azər Kərimli isə üçüncülüyü bölüşürlər. Onlar 5-ci dəfə MM-in üzvü olurlar. V.Əhmədov bir dəfə sovetlər dövründə, 4 dəfə müstəqillik dönəmində millət vəkili seçilib, Orucla Möhbalıyev, Əliyevlə Kərimli, həmçinin, Quliyev müstəqillik illərindən, 2-ci çağırışdan bu yana MM-də təmsil olunurlar. Xanım millət vəkillərinə gəlincə liderlik professorlar-Jalə Əliyeva ilə Qənirə Paşayevaya məxsusdur. Müstəqil xanım parlamentarilər olaraq, hər ikisi də 4-cü dəfə deputat mandatı qazanıblar. Onlar 2005-ci ildən, 3-cü çağırış MM-dən parlamentdə təmsil olunurlar. Bütövlükdə 6-cı çağırış MM-ə seçilən müstəqillər bunlardır: Səttar Möhbalıyev, Hacı Madər, Azay Quliyev, Soltan Məmmədov,  Adil Əliyev,  Könül Nurullayeva,  Rasim Musabəyov,  Ziyad Səmədzadə,  Nigar Arpadarai, Eldar Quliyev, Etibar Əliyev,  İltizam Yusifov,  Anatoliy Xaimoviç Rafailov, Vahid Əhmədov,  Şahin Seyidzadə,  Sevil Mikayılova, Əminə Ağazadə, Jalə Əhmədova, Jalə Əliyeva,  Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Bəhruz Məhərrəmov, Musa Qasımlı, Rüfət Quliyev,  Aqil Abbas, Novruz Aslanov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Zahid Oruc, Sahib Alıyev, Arzu Nağıyev, Azər Kərimli, Cavanşir Feyziyev, Fəttah Heydərov,  Əli Məsimli,  Bəxtiyar Əliyev,  Tural Gəncəliyev, Vüqar Bayramov, Ülvi Quliyev.

Qalan 12 yer isə parlamentdə təmsilçilik hüququ  əldə edən  digər 10 partiyaya məxsusdur.

Kamil HƏMZƏOĞLU

 





09.03.2020    çap et  çap et