525.Az

ÜST: Çin koronavirus epidemiyasını tam nəzarət altına almaq yolundadır


 

ÜST: Çin koronavirus epidemiyasını tam nəzarət altına almaq yolundadır<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus martın 9-da keçirdiyi mətbuat konfransında Çində yeni tip koronavirusa yoluxan pasiyentlərin 70 faizinin artıq sağaldığını bildirib.

AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, bu ölkədə virusa yoluxan 80 mindən artıq şəxsin 70 faizi artıq evə buraxılıb.

T. A. Gebreyesus Çinin epidemiyanı tam nəzarət altına almaq yolunda olduğunu da bildirib. Pandemiya təhlükəsinin hələ də real olaraq qaldığını qeyd edən DST rəhbəri belə olacağı təqdirdə, bu pandemiyanın dünya nəzarət altına alına bilən ilk pandemiya kimi tarixə düşəcəyini diqqətə çatdırıb. Buna görə də dünyanın müxtəlif ölkələrini hökumətlərin insanları epidemiyadan qorumaq üçün profilaktiki tədbirləri vacib və düzgün hesab olunmalıdır, çünki bir çox ölkələrin nümunəsi göstərib ki, bu tədbirlər virusla mübarizəyə kömək edir.

 





09.03.2020    çap et  çap et