525.Az

Sabahdan I sinfə qəbulun elektron qeydiyyatı başlayır


 

Sabahdan I sinfə qəbulun elektron qeydiyyatı başlayır<b style="color:red"></b>

Sabahdan 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qaydada qeydiyyat başlayır.

“Report” xəbər verir ki, martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

 





09.03.2020    çap et  çap et