525.Az

İtaliyada koronavirusa yoluxanların sayı 9 min nəfəri ötdü


 

İtaliyada koronavirusa yoluxanların sayı 9 min nəfəri ötdü<b style="color:red"></b>

Son gün ərzində İtaliyada koronavirusa yoluxma hallarının sayı demək olar 2 000, ölənlərin sayı təxminən 100 nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, virusa yoluxanlardan 102-si sağalıb və onların ümumi sayı 724 nəfərə çatıb. “Həmçinin biz 96 ölüm hadisəsini qeydə aldıq. İndi ümumi say 463 nəfərdir", - Borelli keçirdiyi brifinqdə qeyd edib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının ümumi sayı ölənlər və sağalanlar da daxil olmaqla, 9 172 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.

 





09.03.2020    çap et  çap et