525.Az

ABŞ-ın Türkiyəyə yardımı müzakirə edəcək


 

ABŞ-ın Türkiyəyə yardımı müzakirə edəcək<b style="color:red"></b>

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri martın 10-da Brüsselə səfər edəcək və burada NATO müttəfiqləri ilə Suriyanın İdlib vilayətindəki vəziyyəti, eləcə də Türkiyəyə dəstək ehtimalını müzakirə edəcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti açıqlama yayıb.

“Xüsusi nümayəndə Ceffri NATO-nun qərargahına baş çəkəcək. Burada İdlib böhranının NATO üçün fəsadlarını və təhlükəsizlik baxımından Türkiyəyə dəstək yollarını müzakirə etmək üçün müttəfiqlərlə görüşəcək”, - deyə açıqlamada qeyd olunub.

 





10.03.2020    çap et  çap et