525.Az

İstanbul Texnik Universitetinin rektoru BANM-da


 

İstanbul Texnik Universitetinin rektoru BANM-da<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Bu barədə BANM-dan məlumat verilib.

Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar, onlara elmi-tədqiqat laboratoriyalarının, kitabxananın, idman və fitness zallarının, tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra rektor Elmar Qasımovla görüş zamanı BANM ilə İTU arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 





10.03.2020    çap et  çap et