525.Az

Beynəlxalq Universitetin sabiq müəllimi həbs edilib


 

Beynəlxalq Universitetin sabiq müəllimi həbs edilib<b style="color:red"></b>

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib.

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.
 
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib.
 
Polisdən həmçinin bildirilib ki, A. İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A. İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.

 





29.11.2013    çap et  çap et