525.Az

Türk filmi "Oskar"a namizəd oldu


 

Türk filmi "Oskar"a namizəd oldu<b style="color:red"></b> Türkiyədə bu ilin ən səs-küylü filmi olan "Kelebeğin rüyası" ("Kəpənəyin yuxusu") ölkə xaricində də sevilir.

Axşam.az xəbər verir ki, tanınmış aktyorlar Kıvanç Tatlıtuğ və Mərt Fıratın baş rol ifa etdiyi kino  "Oskar" mükafatına namizədlər arasındadır.

Ekran işi "Ən yaxşı xarici dilli film" nominasiyası üzrə 9-cu namizəd olaraq göstərilir. İlk "beşlik"də isə "Keçmiş" (İran), "Betlehem" (İsrail), "Böyük gözəllik" (İtaliya), "Metro Manila" (Birləşmiş krallıq) və "Ov" (Danimarka) yer alıb.

Qeyd edək ki, Yılmaz Ərdoğanın ssenari müəllifi və rejissoru olduğu film bir müddət əvvəl Los-Ancelesdə təqdim olunmuş və izləyicilərin diqqətini çəkmişdi.
 





29.11.2013    çap et  çap et