525.Az

Gürcüstan - Azərbaycan sərhədində zəlzələ


 

Gürcüstan - Azərbaycan sərhədində zəlzələ<b style="color:red"></b> Gürcüstanın Azərbaycanla həmsərhəd ərazilərində 3,9 bal gücündə zəlzələ olub.
 
Lent.az-ın Gürcüstanın İlya Dövlət Universitetinin Seysmik Monitorinq Mərkəzinə istinadən məlumatına görə, zəlzələnin episentri Laqodexi rayonunun 13 km-liyindəki Qucareti kəndində olub.

Hadisə saat 23:30 radələrində qeydə alınıb. Seysmoloqlar bildirib ki, belə gücdə təkanlar adətən, dağıntılar törətməsə də, hiss olunub.

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı Lent.az-a açıqlamasında Gürcüstandakı zəlzələdən xəbərdar olduqlarını təsdiqləyib. Lakin o, Azərbaycanın zəlzələ episentrinə yaxın Balakən, Zaqatala və Qax rayonu ərazilərində hiss olunmadığını bildirib.
 





29.11.2013    çap et  çap et