525.Az

Milli Kitabxanada "Azərbaycan teatrı bu gün" adlı kitab sərgisi açılıb


 

Milli Kitabxanada "Azərbaycan teatrı bu gün" adlı kitab sərgisi açılıb<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin "Milli Teatr Günü"nün təsis edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq hər il martın 10-u respublikamızda Milli Teatr Günü kimi qeyd edilir.

Bu münasibətlə Milli Kitabxanada hər il olduğu kimi, bu il də "Azərbaycan teatrı bu gün" başlığı altında geniş tərtibatda kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş Azərbaycan teatrı, teatr tarixi, teatrşünaslar, ölkəmizin teatr səhnəsinin məşhur simaları, teatr tarixində mühüm yer tutmuş görkəmli aktyorlar, ümumilikdə teatr sənətimizin inkişafında xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında ədəbiyyat nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





11.03.2020    çap et  çap et