525.Az

"Qazi taleyi"


 

"QAZİLER.AZ" SAYTI "525-Cİ QƏZET"LƏ BİRGƏ LAYİHƏYƏ START VERİR

"Qazi taleyi"<b style="color:red"></b>

"Qaziler.az" saytı "525-ci qəzet"lə birgə "Qazi taleyi" adlı yeni layihəyə start verir.

Bu barədə Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının müdafiəsi zamanı döyüşlərdə sağlamlıqlarını itirən qazilərlə görüşlər keçiriləcək, onlar haqqında yığcam bioqrafik məlumatlar toplanacaq və saytda veriləcək, yazı paralel olaraq "525-ci qəzet"də də çap ediləcək:

"Burada məqsəd həm qazilərin şəxsi həyatı, onların hər birinin döyüş yolu barədə cəmiyyətə qısa məlumat verməkdir. Əslində, hər bir qazi haqqında geniş, maraqlı yazılar olmalıdır. Belə böyük həcmli yazılar zaman-zaman mətbuatda yazılıb və yenə yazılacaq. Amma biz bu layihədə obrazlı, pafoslu ifadələrdən uzaq, yığcam, qazinin bioqrafiyasını hazırlayıb insanlara təqdim edəcəyik. Bununla həm də Azərbaycan qazilərinin vahid bir məlumat bazasının yaratmış olacaq və Qarabağ uğrunda döyüşlərdə oddan-alovdan keçmiş, indi başı gündəlik qayğılara qarışmış müharibə adamlarının unudulmamasına çalışacayıq. İnşallah, bu layihəni uğurla başa çatdırarıq", - deyə R.Kərimoğlu bildirib.

Layihənin rəhbəri Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan peşəkar zabit Nazim Bayramovdur. Artıq N.Bayramov layihənin icrasına başlayıb.

Yaxın günlərdə ilk yazı oxuculara təqdim ediləcək.

 





11.03.2020    çap et  çap et