525.Az

Estoniya vətəndaşlarına Fransa və Almaniyaya getməməyi tövsiyə edib


 

Estoniya vətəndaşlarına Fransa və Almaniyaya getməməyi tövsiyə edib<b style="color:red"></b>

Estoniya Xarici İşlər Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkə vətəndaşlarına Fransa və Almaniyaya da səfərlərdən çəkinməyi tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əgər bu günədək Estoniya sakinlərinə yalnız Fransanın Elzas bölgəsinə və Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinə getməmək tövsiyə olunurdusa, bu xəbərdarlıq bütövlükdə həmin ölkələr üzrə səfərlərə aiddir.

Qeyd edək ki, bundan əvvəl Estoniya hökuməti vətəndaşlarına İtaliya, Fransa, Almaniya, Çin, İran, Yaponiya, Sinqapur və Cənubi Koreyaya səfər etməməyi tövsiyə etmişdi.

Xatırladaq ki, Estoniyada koronavirusa yoluxanların sayı 13-ə çatıb.

 





12.03.2020    çap et  çap et