Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur (Azərbaycan bölməsi üzrə 18169, rus bölməsi - 570).
Qeyd edək ki, ümumi orta təhsil bazasından kolleclərə ərizələrin qəbulu fevralın 21-də başlayıb.