525.Az

Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına vəsait ayrıldı


 

Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına vəsait ayrıldı<b style="color:red"></b>

Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən, yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

 





12.03.2020    çap et  çap et